PDF Oxu

Siyasət

  • 11

Xaçmaz seçicilərinin seçimi Yeni Azərbaycan Partiyasıdır

Xaçmaz seçicilərinin seçimi Yeni Azərbaycan Partiyasıdır

Yeni Azərbaycan Partiyasının (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. YAP Xaçmaz rayon təşkilatı da bu prosesdə olduqca aktivdir. Təşkilatın təbliğat qrupunun üzvlərinin YAP-ın "Rifah və quruculuq naminə" şüarı ilə keçirdiyi təbliğat kampaniyası çərçivəsində növbəti görüşü Bostançı və "Yeni Həyat" kəndlərində keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının Seçki Qərargahının üzvü Fazil Rəhmətov son 23 ildə ölkədə baş verən inkişafdan, aparılan uğurlu islahatlardan, xalqın rifahı üçün həyata keçirilən layihələrdən möhtərəm Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasətdən, yerli özünüidarəetmə orqanları olan bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb. F.Rəhmətov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz sürətlə inkişaf edir: "Bu amil isə heç şübhəsiz, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın uğur qazanmasına müsbət təsir göstərəcək".

Görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov, seçicilərdən Kamil Mirzəyev, Məhəmməd Əhmədov, Yusif Yusifov, Mehrəli Quliyev, Mövlud Şahbazov, Qərib Rzayev və başqaları Yeni Azərbaycan Partiyasına böyük inamları olduğunu bildiriblər. Çıxışlarda bir daha vurğulanıb ki, müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu və yaradıcısı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasəti daima dəstəkləyir və bu seçkilərdə də YAP-ın irəli sürdüyü namizədlərə səs verəcəklər.

Ü.ƏSGƏROV

Digər xəbərlər