PDF Oxu

Siyasət

  • 11

Binəqədi bələdiyyəsinə namizəd qadınlar rifah və quruculuğu hər bir sakinə yaşadacaq

Binəqədi bələdiyyəsinə namizəd qadınlar rifah və quruculuğu hər bir sakinə yaşadacaq

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Seçki Qərargahında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş qadınlarla rayonun fəal qadın seçicilərinin görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı Seçki Qərargahının sədri Ramiz Göyüşov bildirdi ki, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam etməkdədir. O, Azərbaycanda bələdiyyələrin tarixinə nəzər salıb, bu qurumun qısa zamanda təşəkkül tapmasına baxmayaraq, artıq formalaşma dövrünü keçdiyini qeyd edib. R.Göyüşov Binəqədi rayonunda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə YAP-ın "Rifah və quruculuq naminə" şüarı ilə qatıldığını, seçki prosesinin müxtəlif mərhələlərində çevik fəaliyyət göstərdiyini bildirdi. O,rayonda beş bələdiyyənin, o cümlədən Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi, Xocasən və Biləcəri bələdiyyələrinin fəaliyyət göstərdiyini nəzərə çatdıraraq, bu bələdiyyələrin ərazilərinə daxil olan qəsəbələr haqqında geniş məlumat verdi. O, bu il rayonda 79 üzv yerinə seçkilərin keçiriləcəyini və bələdiyyə üzvlüyünə olan yerlərin hamısına Yeni Azərbaycan Partiyası tərəfindən namizədlərin irəli sürüldüyünü bildirdi: "Bələdiyyə üzvlüyünə YAP namizədləri gənc, perspektivli, vətənə, dövlətə sədaqətli gənclərdən təşkil olunub. Onların hamısı ali təhsilə malikdirlər. Gender bərabərliyi qorunaraq seçkidə iştirak edəcək namizədlərin 35 %-ini gənc xanımlar təmsil edir".

Tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə gənc qadın namizədlərin irəli sürülməsini fərəhləndirici hal kimi qiymətləndirdi: "Bu gün Aəzərbaycan inkişaf dövrünü yaşayır. Əldə olunan nailiyyətlərdə Azərbaycan qadınlarının rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir. Seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını xalqın maariflənməsi, müasir iqtisadiyyatımızın qurulmasında peşəkarlıq və fədakarlıq nümayiş etdirir. Bunun üçün ölkəmizdə əlverişli şərait var. Qadınlarımız bir çox sahələrdə, vətəndaş cəmiyyəti quruculuğunda intellektual potensialını əsirgəmir".

Milli Məclisin deputatı Leyla Abdullayeva gənc qadınlarımızın Yeni Azərbaycan Partiyasının namizədələri sırasında olmasını Prezident İlham Əliyevin apardığı gender siyasətinin məntiqi nəticəsi olduğunu bildirdi. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünyada gördüyü işlərin qadınlar üçün stimul olduğunu bildirən millət vəkili milli-mənvi dəyərlərin qorunmasında onun gördüyü işlərə nəzər saldı.

YAP Binəqədi rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülən Aytac Əliyeva, Sitarə Cabbarlı özləri haqqında geniş məlumat verdikdən sonra partiyanın namizədi kimi bu seçkilərdə təmsil olunduqlarından qürur duyduqlarını bildirdilər. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində seçiciləri fəal iştirak etməyə və rifah və quruculuğu yaşamaq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdılar.

Tədbirin sonunda namizədlər seçicilərin ünvanlandığı sualları cavablandırdılar.

ZÜMRÜD

Digər xəbərlər