PDF Oxu

Siyasət

  • 13

YAP rəhbərliyi Fəxri Xiyabanda olub

YAP rəhbərliyi Fəxri Xiyabanda olub

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, ziyarətçilər arasında Baş nazirin müavini, YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Baş nazirin müavini, YAP - ın Sədr müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər olub. Ulu Öndərin məzarı üstünə əklil və gül çiçəklər düzülüb.Qonaqlar həmçinin oftolmoloq alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək, gül dəstələri düzüblər.Ziyarətçilər arasında millət vəkilləri, partiyanın sıravi üzvləri, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də olub.

sia.az

Digər xəbərlər