PDF Oxu

Siyasət

  • 9

Yeniləşən və inkişaf edən Azərbaycan Ulu Öndərin şah əsəridir TƏDBİR

Yeniləşən və inkişaf edən Azərbaycan Ulu Öndərin şah əsəridir TƏDBİR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, ilk öncə tədbir iştirakçıları rayon ərazisində yerləşən Heydər Əliyev parkında ucaldılan Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq Dahi Öndəri yad ediblər. Daha sonra tədbir YAP Xətai rayon təşkilatının iznibati binasının akt zalında davam etdirilib. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Xətai rayon prokuroru Yusif İldırımzadə, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, akademik Vaqif Abbasov və digər qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qonaqları salamlayaraq, Ulu Öndərin Azərbaycan dövləti, xalqı üçün görüdüyü misilsiz xidmətlərindən bəhs edib.R. Məmmədov qeyd edib ki, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev dünyanın ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir: "O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz işıqlı obrazı yaşayır və daim yaşayacaq".YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov çıxışı zamanı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakmiyyətə gələndə ölkədə vəziyyət olduqca ağır idi: "Bu çətin günlərdə O, bir vətəndaş, vətənpərvər şəxsiyyət kimi xalqını ağır durumdan çıxarmağa çalışdı. Ümummilli Liderin müdrik siyasəti nəticəsində xalqımız düşdüyü çətin situasiyadan xilas edildi. Xalqın təkidli tələbi ilə Ulu Öndər 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildi. Bununla da Azərbaycan sanki dünyaya bir günəş kimi işıq saçmağa başladı. Xalq öz Liderinə sonsuz inam və məhəbbətini nümayiş etdirərək, Onun siyasi kursuna daim bağlı olduğunu bu gün də qətiyyətlə söyləməkdədir. Dahi Şəxsiyyətin bu tarixi məkanda etdiklərini təkcə biz deyil, gələcək nəsillər də qiymətləndirəcək. Ulu Öndər daim bizim qəlbimizdədir, daim bizimlədir".Daha sonra çıxış edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, müasir Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişindən sonra xalqımızın həyatında yeni bir mərhələnin əsası qoyuldu: "Ulu Öndərin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində insanların həyat səviyyəsi yaxşılaşdı, Azərbaycanın dünya miqyasında yeri və rolu möhkəmləndi. Həyatımızın bütün sahələrində inkişafa, tərəqqiyə nail olundu. Bugünki güclü, qüdrətli Azərbaycanın mövcudluğuna görə Ümummilli Liderə borcluyuq. Sevindirici və fərəhdoğurucu hal odur ki, Dahi Şəxsiyyətin əsasını qoyduğu siyasəti bu gün Ölkə Prezidenti Cənab İlham Əliyev həyata keçirməkdədir. Biz bununla qürur duyuruq".Digər çıxış edən qonaqlar isə dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, milli-mənəvi dəyərlərin dirçəlişində, Azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində ölçüyəgəlməz xidmətləri Ulu Öndərə sonsuz ehtiram, məhəbbət və əbədiyyət qazandırdığını qeyd ediblər.Sonda Ulu Öndərin həyatını əks etdirən film nümayiş olunub.

sia.az

Digər xəbərlər