PDF Oxu

Siyasət

  • 9

Azərbaycan xalqının getdiyi yol Ulu Öndərin yoludur

Azərbaycan xalqının getdiyi yol Ulu Öndərin yoludur

Bu gün Ümummilli Lider Heyər Əliyevin vəfatının il dönümü ilə əlaqədar Odlar Yurdu Universitetində anım tədbiri keçirilib. SİA-nın xəbərinə görə, iştirakçılar əvvəlcə universitetin foyesində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.Daha sonra tədbir universitetin akt zalında davam etdirilib.Mərasimi giriş sözü ilə açan universitetin rektoru, millət vəkili Əhməd Vəliyev Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolundan danışıb.Bildirib ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər yerdə dərin hörmət və ehtiramla anılır: "Ulu Öndərimizin vəfatının ildönümü dünyanın bir çox yerlərində anılır. Bu, əsrlər boyu da davam edəcək. Dahilərin bir doğum günü var. Onların ölüm günü isə ölümsüzlük tarixinin başlanğıcıdır".Ə. Vəliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərib: "Ulu Öndərimiz respublikadakı ictimai-siyasi sabitliyi təmin edərək, vətəndaş qarşıdurmasını aradan qaldırdı. Ulu Öndər Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan yeni minilliyə müstəqil dövlət kimi qədəm qoydu. Bu gün Azərbaycan xalqının getdiyi yol Heydər Əliyev yoludur".Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev deyib ki, bu gün dünyanın hər yerində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılır: "Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin yaranmasında, qurulmasında və onun xilas edilməsində müstəsna xidmətləri var. Ona görə də biz Ulu Öndər Heydər Əliyevi müasir və müstəqil Azərbaycanın banisi, xilaskarı və qurucusu adlandırırıq".Tədbirin davamında Azərbaycanda yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon Borisoviç İxiilov və digər iştirakçılar çıxış ediblər.

sia.az

Digər xəbərlər