PDF Oxu

Siyasət

  • 12

"Azərbaycanın qazandığı uğurlar Ulu Öndərin fəaliyyəti ilə bağlıdır"

"Azərbaycanın qazandığı uğurlar Ulu Öndərin fəaliyyəti ilə bağlıdır"

Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib. Dövlət Miqrasiya Xidmətindən SİA-ya verilən xəbərə görə, xidmətin rəisi, III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. O, 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtarıb, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradıb.F.Nəbiyev qeyd edib ki, bunun nəticəsi olaraq Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən, regionun isə lider dövlətinə çevrilib. Bütün bu amillərin nəticəsidir ki, Azərbaycana dünyada böyük maraq var, ölkəyə gələn əcnəbilərin sayı ildən-ilə artmaqdadır.F.Nəbiyev dövlətin miqrasiya sahəsində siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi üçün çevik idarəetmə aparatına malik orqan kimi Dövlət Miqrasiya Xidmətinin yaradılmasını, yüksək səviyyəli xidməti şəraitin formalaşdırılmasını da Heydər Əliyevin hüquqi dövlət quruculuğu ideyasının təzahürü kimi dəyərləndirib.Sonda mərasim iştirakçıları kinorejissor Vaqif Mustafayevin "Peşəkar" filminə baxıblar.

sia.az

Digər xəbərlər