"Ulu Öndər Heydər Əliyev hər bir Azərbaycan xalqı, vətəndaşı, dövləti üçün daimi və əbədidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin vəfatının11-ci ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.YAP rəsmisinin sözlərinə görə, bu gün dünyanın hər bir yerində Ümummilli Lider Heydər Əliyevin ildönümü ilə bağlı anım mərasimləri keçirilir: "Beləcə, həm Azərbaycanda, həm də dünyada Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, bəşəriyyəti qarşısında gördüyü misilsiz işlər xüsusi olaraq vurğulanır. Bu gün sözün həqiqi mənasında Heydər Əliyev müasir, qüdrətli və güclü müstəqil Azərbaycan dövlətinin qurucusu, banisi kimi hər bir şəxsin ürəyindədir. Ölkəmizdə Heydər Əliyev siyasəti çox uğurlu inkişaf etdirilir. Ulu Öndər daimi və əbədi olaraq Azərbaycanda yaşayacaq. Azərbaycanda hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşması, qüdrətli dövlətimizin dünya birliyində mövcudluğu bir mənalı şəkildə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır".V.Rəhimzadə bildirib ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir: "Azərbaycan tək regionda deyil, eləcə də bütün dünyada böyük nüfuza, söz sahibinə malik olan dövlətlərdən biridir. Heydər Əliyevin bu irsi, qurub yaratdığı dövlət, təməl prinsipləri, hesab edirəm ki, Azərbaycanı daim parlaq gələcəyə aparacaq və davamlı, sistemli şəkildə ölkəmizin inkişafına təminat verəcək. Hər bir ölkə vətəndaşımız birmənalı şəkildə olaraq Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin inkişafı etdirilməsi yönümündə Prezident İlham Əliyevin apardığı işlərə dəstək olmalıdır. Beləcə onlar Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsində öz töhfələrini verməlidirlər. Ulu Öndər Heydər Əliyev hər bir Azərbaycan xalqı, vətəndaşı, dövləti üçün daimi və əbədidir. Dahi şəxsiyyətin ideyaları daimi olaraq yaşayacaq. Mən Ümummilli Liderimizin qarşısında baş əyir və Allahdan rəhmət diləyirəm".
sia.az