"ELS" Müstəqil Araşdırmalar Mərkəzi 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkilərində exit-poll keçirəcək. SİA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin bununla bağlı müraciətinə baxılıb. Məsələ barədə məlumat verən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 8 dəfə seçki və referendumda exit-poll keçirib, müvafiq təcrübəli kadrları və texniki avadanlıqları var.Onun sözlərinə görə, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi bələdiyyə seçkilərində 400 seçki məntəqəsində exit-poll keçirmək istədiyini bildirib. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi gün ərzində 4 dəfə sorğunun nəticələrini açıqlayacaq, ən son nəticə isə saat 20:00-da açıqlanacaq."Biz bu qurumu bu prosesə müvafiq sayırıqsa, nəzərə almalıyıq ki, bu qurum indiyə qədər bu işlə məşğul olubmu, açıqladığı nəticələr necə olub, işinin öhdəsindən gəlibmi. Bu baxımdan "ELS" Müstəqil Araşdırmalar Mərkəzi birinci dəfə deyil ki, bu prosesə qoşulur. Obyektivliyinə şübhə doğuracaq hər hansı məqam olmayıb"- deyə, N. Məmmədov əlavə edib.
sia.az