"Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideridir. Eyni zamanda Ulu Öndər dünya üçün ümumbəşəri dəyərdir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Ümummilli Lider Heydər Əliyevin vəfatı ilə bağlı fikirlərini bildirərkən deyib.Baş redaktor bildirib ki, Dahi şəxsiyyət Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, ölkəmizin mədəniyyətini, azərbaycanlı kimliyini dünyaya tanıdan böyük şəxsiyyətdir: "Ümummilli Liderin anım günü ərəfəsində onu deyə bilərik ki, ötən 11 il müddətində biz onun böyüklüyünün bir daha şahidi olduq. Ötən hər gün Ulu Öndərin nə qədər böyük bir insan, şəxsiyyət, siyasətçi, dövlət xadimi, dahi olduğunu bir daha göstərdi. Zaman keçdikcə və biz dünyada baş verən siyasi prosesləri dərk etdikcə Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, nə qədər ağır zəhmət məşəqqətlə fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub yaratdığını bir daha özümüz üçün aydınlaşdırmış oluruq. Ümummilli Lider özündən sonra çox böyük irs qoyub. Bu irsin tədqiq olunması, öyrənilməsi və yeni nəslə ötürülməsi bizim nəslin Azərbaycan ziyalılarının, elm adamlarının qarşısında duran başlıca vəzifələrdən biridir. Çünki, Heydər Əliyevçilik Azərbaycan milli dövlətçiliyi, onun əsasları və təməlləri deməkdir. Məhz ona görə də dekabrın 12-də keçiriləcək növbəti anım günündə Azərbaycan xalqı bir daha Ümummilli Lider Heydər Əliyevin ölkə xalqı, dövlətçiliyi üçün gördüyü işləri böyük şükranlıqla yad etməlidir".Qeyd edək ki, dekabrın 12-də Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünü yad ediləcək.
sia.az