PDF Oxu

Siyasət

  • 16

Hüseynbala Mirələmov: “Ulu Öndər vətəni qarşısında borcunu son nəfəsinə kimi şərəflə yerinə yetirdi”

Hüseynbala Mirələmov: “Ulu Öndər vətəni qarşısında borcunu son nəfəsinə kimi şərəflə yerinə yetirdi”

"12 dekabr tarixi xalqımızın həyatında hüznlü bir gün-Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündür. Ümummilli Liderin hər bir azərbaycanlının həyatında yeri və rolu danılmazdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, YAP Xətai rayon təşkilatının sədri Hüseynabala Mirələmov Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edərkən deyib.Millət vəkili qeyd edib ki, hələ məktəbdə oxuyarkən Ümummilli Liderin özünə xas xüsusiyyətləri Onu digərlərindən fərqləndirib: "Hər zaman dostlarına, sinif yoldaşlarına nümunə olub. O, elmə həvəs göstərərək bütün dərslərindən əla qiymətlər alıb. Universitet illərində də tələbələr arasında fərqlənməyi bacaran Ulu Öndərin həyat və fəaliyyəti birmənalı olaraq azərbaycançılıq məfkurəsinə həsr edilib".Hüseynbala Mirələmov onu da qeyd edib ki, Dahi Öndər 1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi dövrdə respublikamız aqrar respublika kimi tanınırdı: "Amma çox keçmədi ki, respublikamız inkişaf edən sənaye respublikasına çevrildi. Bununla da SSR-nin bütün respublikalarını qabaqlamağa nail oldu. Bu nəaliyyətlər, məhz Ulu Öndərin düzgün siyasətinin nəticəsində əldə olunmuşdu. Rus şovinizminin hökm sürdüyü illərdə belə Ulu Öndər kommunist partiyasına diktə etmirdi, Azərbaycanın bu gününü görür, sabahını düşünürdü. Dahi Şəxsiyyət müstəqilliyimizin ilk illərində üzləşdiyimiz ən ağır, təlatümlü dövrdə Azərbaycanı xaosdan, anarxiyadan, dağılma təhlükəsindən xilas etdi, xalqı düşdüyü ağır durumdan çıxardı. Hakimiyyət illərində bir sıra neft müqavilələri imzalandı ki, bu da birmənalı olaraq xalqın rifah halının yüksəldilməsinə xidmət edirdi. Daxildən və xaricdən ölkəmizə qarşı olan basqıların qarşısını öz müdrük, uzaqgörən siyasəti ilə almağa nail olan Ulu Öndər vətəni, xalqı qarşısında borcunu son nəfəsinə kimi şərəf və vicdanla yerinə yetirdi. Dahi Lider xalqımıza ən dəyərli varlığını- Azərbaycan Prezidenti İlham Əliyevi bəxş etdi. Qədirbilən xalqımız Ulu Öndərin vəsiyyətini qəbul edərək, ölkə başçısı İlham Əliyevin siyasi xəttini dəstəklədi və bu gün uğurlu siyasətin, əmin amanlığın, sülhün, demokratiyanın arxasınca gedir".

sia.az

Digər xəbərlər