Asif Abdullayev adına Ağstafa şəhər 2 nömrəli tam orta məktəbində ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə rayon təhsil şöbəsinin müdiri Fərhad Vəliyev, məktəbin direktoru Vəfa Tağıyeva və başqaları Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verərək onun misilsiz xidmətlərindən bəhs ediblər.
Sonra tədbir iştirakçılarına məktəbin tarix müəllimi Afaq Rəhimova tərəfindən hazırlanan və dahi şəxsiyyətin ömür yolundan bir çox dəyərli anları yada salan ədəbi-bədii kompozisiya təqdim olunub.
AzərTAc