Ümummilli lider Heydər Əliyevin xatirə günü Samux rayonunda da böyük izdihamla qeyd edilib. Təhsil, səhiyyə, mədəniyyət işçiləri, eləcə də digər idarə və müəssisələrin kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə anım mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP rayon təşkilatının sədri Gündüz Bayramov və başqaları çıxış edərək ulu öndərin Azərbaycan xalqının tərəqqisi naminə gördüyü işlərdən, həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində qazanılmış nailiyyətlərdən danışıblar.
Tədbirdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.
AzərTAc