PDF Oxu

Siyasət

  • 10

Tovuzlular Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər

Tovuzlular Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər

Dekabrın 12-də rayonun sakinləri Ulu Öndərin Tovuz şəhərindəki Heydər Əliyev meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

AzərTAc xəbər verir ki, mərasim iştirakçıları daha sonra şəhərdəki Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hamını yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.

Rayonun bütün təhsil ocaqlarında Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilib, məktəblilərə dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlar barədə ətraflı məlumat verilib.

AzərTAc

Digər xəbərlər