Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin xatirəsini anma günü Gəncədə də izdihamla qeyd olunub.
AzərTAc xəbər verir ki, səhər tezdən əllərində tər qərənfillər tutmuş minlərlə şəhər sakini öz xilaskarının əziz xatirəsini anma mərasimində iştirak etmək üçün şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə toplaşmışdı. Burada quraşdırılmış nəhəng monitorda dahi rəhbərin həyat və siyasi fəaliyyətini, eləcə də onun Gəncə və gəncəlilərə diqqət və qayğısını əks etdirən videofilm nümayiş etdirilirdi.
Mərasim iştirakçıları nizamlı addımlarla Ulu Öndərin abidəsinə yaxınlaşır, önünə gül dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını bildirirdilər. Görkəmli dövlət xadiminə həsr olunmuş musiqi sədaları altında davam edən xatirə mərasimində hamının üzündən kədərlə yanaşı, bugünkü firavan həyata görə dahi rəhbərə minnətdarlıq duyğuları da oxunurdu.
AzərTAc