\r\n
\r\n
\r\n Suraxanı rayonu Əmircan qəsəbə sakinləri ilə növbəti görüş keçirilib
\r\n
\r\n
\r\n
\r\n Dünən YAP Suraxanı rayon təşkilatı Seçki Qərargahı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə seçkilərinə namizədlikləri irəli sürülmüş nümayəndələrin Əmircan qəsəbəsinin sakinləri ilə görüşünü keçirib.
\r\n
\r\n Tədbiri giriş sözü ilə YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri, rayon Seçki Qərargahının səlahiyyətli nümayəndəsi Fərman Rəsulov açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı dairə üzrə Əmircan bələdiyyəsinə 15 nəfər nümayəndə irəli sürülüb. O, partiya fəallarının bələdiyyəyə seçiləcəkləri təqdirdə, xalqın güzəranının yaxşılaşdırılmasına xidmət edəcəyini qeyd etdi. F.Rəsulov Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan geniş danışaraq, bu gün, nəinki Azərbaycanın, bütövlükdə, regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisinin, dəstəyinin dayandığını bildirdi. Məhz bu dəstəyin nəticəsində partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda, seçki prosesində qalib gəlib. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədlərinin inamlı qələbə qazanacağına əminliyini bildirdi.
\r\n
\r\n Rayon təşkilatının aparat rəhbəri Əmircan qəsəbə sakinlərinin həmişə seçkilərdə fəal iştirak etdiklərini diqqətə çatdıraraq, bu dəfə də onların yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə də fəal olacaqlarına inandığını və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd etdi.
\r\n
\r\n Tədbirdə Yeni Azərbaycan Partiyası tərəfindən Əmircan qəsəbə bələdiyyəsinə namizədliyi irəli sürülmüş Cəmilə Ağayeva, Vüqar Quliyev, Fəridə Bünyatova, Orxan Muxtarov, Almaz Əhmədova çıxış edərək, seçicilərini görəcəkləri işlər barəsində məlumatlandırıblar. Qəsəbənin daha da abadlaşması, əhalinin soial-rifah halının yaxşılaşdırılması istiqamətində böyük işlər görülməsi diqqətə çatdırılıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası ölkədə get-gedə güclənməkdə olan tərəqqi və inkişafdan bəhrələnərək sıralarını sağlam düşüncəli, aydın fikirli vətəndaşlarla artıraraq qüdrətlənir. Ən sevindirici hal isə ondan ibarətdir ki, eyni əqidəli insanlar məhz ölkəmizdə lider partiya olan Yeni Azərbaycan Partiyasının və təbii ki, bu partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər. Yeni Azərbaycan Partiyasının namizədləri olaraq, onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını bildiriblər.
\r\n
\r\n Əmircan seçiciləri çıxışlarında Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini doğrultduğunu və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etdiyinini bildirərək, məhz bu səbəbdən 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində öz səslərini yenidən sabitliyə, tərəqqiyə, inkişafa, sosial rifaha və onları bu inkişaf yoluna daşıyan Yeni Azərbaycan Partiyasına verəcəklər.
\r\n
\r\n
\r\n
\r\n ZÜMRÜD
\r\n