"Avropa Parlamentinin Leyla Yunusun ardınca Xədicə İsmayılın azadlığa buraxılmasını tələb etməsi ilk öncə hüquq mühafizə orqanlarının işinə müdaxilədir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.Millət vəkili qeyd edib ki, Avropa Parlamentinin bu cür tələbli çıxışı Avropa kriteryalarına uyğun deyil: "Hər hansı bir formada istintaqın obyektiv araşdırılmasından söhbət gedə bilər. Əgər məhkəmədən narazı qalarlarsa, o zaman Avropa Məhkəməsinə müraciət edə bilərlər. Heç bir halda, Azərbaycanla tələblə danışmaq olmaz".Çingiz Qənizadə həmçinin onu da vurğulayıb ki, vaxtilə hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq ediblərsə, indi də o qurumlar sözügedən insanları müdafiə etməyə çalışır: "Kim onlara daha çox sərf edir, kim onların maraqlarına xidmət edirsə, həmin təşkilatlar da onlara yardım etmək istəyir. Beynəlxalq hüquq istənilən dövlətlə bu dildə danışmağı yasaqlayıb. Bu baxımdan da mən bunu hüquq mühafizə orqanlarının işinə müdaxilə kimi qiymətləndirirəm".
sia.az