PDF Oxu

Siyasət

  • 8

“İnsan haqları özəl niyyətlərdən irəli gələrək gündəmə çıxarılmamalıdır” AÇIQLAMA

“İnsan haqları özəl niyyətlərdən irəli gələrək gündəmə çıxarılmamalıdır” AÇIQLAMA

"Amerikanın hazırki vəziyyətində ABŞ Dövlət Departamentin az qala dünya məhkəməsi kimi çıxış etməsi, təkcə ölkəmizdə deyil, eləcə də dünyanın müxtəlif nöqtələrində kəskin qınaqla qarşılanır və pislənir". Bunu SİA-ya millət vəkili Zahid Oruc ABŞ-da davam edən zorakılıqlar, insan haqları fonunda rəsmi Vaşinqtonun Azərbaycan dövlətini qınamasına münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, bu yaxınlarda Çinin Xarici İşlər Nazirliyi də sözügedən məsələ ilə bağlı çox kəskin reaksiyalarını bildirmişdi və ABŞ-ı ilk növbədə öz daxili problemlərinin həllinə çağırmışdı: "Heç şübhəsiz ki, xoş məramdan irəli gələrək istənilən ölkədə, o cümlədən Azərbaycanda müsbət tendensiyaları, dövlətin gördüyü işləri, tədbirləri qiymətləndirən və ona obyektiv münasibət göstərən hər bir dövlətə və yaxud beynəlxalq quruma hörmətlə yanaşardıq. Təbii ki, bu bizim indiyədək olan davranışlarımızda özünü güclü şəkildə göstərib. Amma insan haqları özəl niyyətlərdən, geopolitik maraqlardan, müxtəlif iqtisadi proseslərdə öz mənafeyini güdməkdən irəli gələrək gündəmə çıxarılmamalıdır. Bu halda o, öz həqiqi mahiyyətini itirir".Z. Oruc hesab edir ki, ümumiyyətlə Azərbaycanda istənilən ölkənin həqiqi marağını müəyyənləşdirəcək testlər var: "Onlar da indiyədək olan dövrdə açıq şəkildə ortaya qoyulub. Hesab edirəm ki, bizim ABŞ-ın daxili həyatında olan problemləri qabartmaqda məqsədimiz bu ölkələri insan hüquqlarına riayət etməyən, insan haqlarına, siyasi azadlıqlara münasibəti çox kəskin, mənfi olan dövlət obrazında onları çıxarmaq deyil. Necə ki, biz özümüzə bu məsələlərdə müəyyən prinsiplər tanımağı tələb edirik, eləcə də özümüz həmin normalara əməl edib ABŞ-ın daxili həyatı ilə o problemləri bir ölkəni qaralamaq üçün istifadə etmirik. Heç şübhəsiz ki, ölkəmizdə mövcud olan QHT strukturlarının hamısı bir ağızdan Amerika qitəsində mövcud olan tarixi məsələləri, həbsxanada insanlara işgəncə verilməsini və s. qabartmaqla biz münasibətləri qura bilmərik. Ən önəmli məsələ, dövlətlərin bütövlükdə iradəsini qiymətləndirmək, onların keçdiyi yolu dəyərləndirmək, tarixi gerçəkləri görmək və fundamental problemlərə münasibət göstərməkdir. O əgər baş verəcəksə, bu artıq ölkələrarası münasibətlərin daha yaxşı xarakterdə inkişafına yol açacaq".

sia.az

Digər xəbərlər