Sədaqət Vəliyeva: "Azərbaycan xalqının müasir dünyaya inteqrasiyası milli mentalitetin, gender münasibətlərinin inkişafına güclü təsir göstərir"
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında partiya tərəfindən namizədliyi irəli sürülmüş qadınlarla seçicilərin görüşü keçirilib.Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, bu gün Azərbaycanın sosial, siyasi və mənəvi inkişaf tarixində, həmçinin XX-XXI əsrlərin kəsişməsində qadın hüququ, imkan və azadlıqlarının reallaşması gender bərabərliyi strategiyasına əsaslanır: "YAP Nizami rayon təşkilatı tərəfindən irəli sürülmüş 34 namizədin 20 faizini qadınlar, 50 faizini isə gənclər təşkil edir. Namizədlərin təbliğat kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə görüşlər keçirilir. Azərbaycan hökumətinin və xalqının müasir dünyaya inteqrasiyası və qloballaşma proseslərində seçdikləri mövqe, həm milli mentalitetin, həm də ölkədə gender münasibətlərinin inkişafına güclü təsir göstərir. Bu mənada Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını təşkil edir. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 55-ci maddədə isə göstərilir ki, Azərbaycan vətəndaşlarının, eləcə də qadınların dövlət orqanlarına seçmək və seçilmək hüququ, eləcə də referendumda iştirak etmək hüququ var".YAP Siyasi Şurasının üzvü, tarix elmləri doktoru, professor İradə Hüseynova çıxışında qeyd edib ki, qadınların siyasi və ictimai sahələrdə daha aktiv iştirakı üçün mövcud olan stereotiplərin, qaydaların dəyişilməsi, demokratik, dünyəvi və hüquqi dövlətin yaradılması Azərbaycanda 2006-cı ildə "Gender haqqında" Qanunun qəbul edilməsilə nəticələndi: "Bu qanunun həyata keçirilməsi son illər ərzində ölkəmizdə bütün sahələrdə bir çox mühüm dəyişiklərə səbəb olub, respublikada gedən proseslərdə qadınlarımızın təmsilçiliyi və fəal iştirakı artıb. Onlar məhkəmə sistemində, Prezident Administrasiyasında və Ombudsman aparatında, rəhbər icra orqanlarında, Milli Məclisdə və bələdiyyələrdə təmsil olunurlar".Çıxış edən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva bildirib ki, o ölkədə ki qadınlar ölkənin idarə olunmasında, ictimai-siyasi həyatında kişilərlə yanaşı addımlayır, mühüm, aktiv rol oynayırlar, orada bütün sahələrdə yüksək irəliləyişlər özünü göstərir: "Azərbaycanda da qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən ölkənin ictimai-siyasi həyatında aktiv rol oynaması vacib məqamlardandır və bu bizim gələcək inkişafımız üçün çox önəmlidir".YAP tərəfindən namizədliyi irəli sürülmüş Ayan Yusifova da fikirlərini diqqətə çatdırıb. O, qeyd edib ki, bu gün qadınlarımızın bələdiyyələrdə sayının, rolunun artmasına böyük ehtiyac var: "Çünki yüksək intellektə, savada, təşkilatçılıq qabiliyyətinə malik qadınlar var ki, onlar öz sahələrində uğurlara, irəliləyişlərə imza atıb, bələdiyyədə təmsil oluna biləcək kadrlar kimi yetişiblər".Sonra görüşdə çıxış edən qadın seçiciləri YAP-ın namizədlərinə səs verəcəklərini qeyd ediblər.
sia.az