PDF Oxu

Siyasət

  • 12

Fazil Mustafa: “Azərbaycanda daxili uzlaşmanın olması çox faydalıdır”

Fazil Mustafa: “Azərbaycanda daxili uzlaşmanın olması çox faydalıdır”

AÇIQLAMA

"Hesab edirəm ki, Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə Azərbaycanda bir qrup aparıcı müxalifət partiya sədrlərininiqtidar-müxalifət dialoqunda iştirak edən partiyaları təbrik etmək lazımdır. Çünki, onlara PA tərəfindən böyük dəyər verildi və bu görüş də baş tutdu". Bunu SİA-ya Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.Partiya sədrinin sözlərinə görə, həmin görüşdə aktual məsələlər müzakirə olundu və partiyaların problemləri rəsmi səviyyədə diqqətə çatdırıldı: "Təbii ki, biz də Böyük Qurtuluş Partiyası olaraq orada iştirak etməyi özümüzə məqsədəuyğun saydıq. Ümumiyyətlə dialoq məsələsi bizim tərəfimizdə də dəfələrlə qaldırılmışdı amma buna o qədər də əhəmiyyət verilməmişdi. Burada aktual məsələlər müzakirə olundu və partiyaların problemləri rəsmi səviyyədə diqqətə çatdırıldı. Ümid edirik ki, bundan sonra iqtidarla digər partiyalararasında konstruktiv bir əməkdaşlıq mühiti formalaşacaq. Təbii ki, bu, ümumi işimizin xeyrinədir. Hesab edirəm ki, beynəlxalq vəziyyətin gərgin olduğu bir vəziyyətdə Azərbaycanda daxili uzlaşmanın olması çox faydalıdır".

sia.az

Digər xəbərlər