PDF Oxu

Siyasət

  • 16

Diaspor nümayəndələri Almaniyada bir araya gəldilər

Diaspor nümayəndələri Almaniyada bir araya gəldilər

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində Azərbaycan diasporunun təmsilçiləri ilə görüş keçirilib. Səfirliyin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilmiş görüşdə Diasporla İş üzrə Dövlət Komitəsənin nümayəndələri İlham Məmmədov, Elnur Əliyev, Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının, tələbə və gənclər təşkilatlarının təmsilçiləri iştirak edib. Diasporla iş Üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, görüşdə 2014-cü il ərzində səfirlik və diaspor təşkilatları tərəfindən birgə təşkil olunmuş tədbirlərin nəticələri və 2015-ci ildə həyata keçiriləcək layihələr müzakirə olunub. Azərbaycan Respublikasının Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi rəhbəri Samira Patzer-İsmailova çıxış edərək Almaniya ilə Azərbaycanın münasibətlərinin inkişafında diasporun rolu və fəaliyyətindən danışıblar. Görüşdə Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının səfirliklə əməkdaşlıq istiqamətləri, AAKM-in fəaliyyəti, diaspor təşkilatlarının həyata keçirdiyi layihələr, 2015-ci üçün planlaşdırılan tədbirlər və digər maraq kəsb edən mövzulara dair müzakirələr aparılıb. Təbirdə iştirak edən cəmiyyət rəhbərləri 2014-cü il ərzində Almaniyada Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin alman ictimaiyyətinə çatdırılması istiqamətində, eyni zamanda Azərbaycan tarixinin, mədəniyyətinin təbliği sahəsində görülmüş işlər haqqında məlumat verib, yeni layihələrlə bağlı təkliflər irəli sürüblər. Almaniyanın müxtəlif şəhər və əyalətlərində yaradılmış yeni diaspor təşkilatlarının rəhbərləri də çıxış edərək öz fəaliyyətləri, ideya və təklifləri barədə məlumat veriblər.2015-ci ildə erməni diasporu və lobbisinin qondarma erməni soyqırımı ilə əlaqədar planlarına xüsusi diqqət ayrılıb, Almaniyada ermənilərə qarşı qabaqlayıcı tədbirlərin keçirilməsi və bu istiqamətdə ölkənin ictimai-siyasi qurumları ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyətinin koordinasiyasının vacibliyi vurğulanıb. Bundan başqa, 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Almaniyada təbliğatın gücləndirilməsi, məlumatlandırma kampaniyasının genişləndirilməsi qərara alınıb. Bununla bağlı diaspor təşkilatlarına tövsiyələr verilib.Sonda diaspor nümayəndələrinə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi tərəfindən alman dilində nəşr edilmiş kitablar hədiyyə edilib.

sia.az

Digər xəbərlər