Fuad Qəhrəmanlı: "İsa Qəmbər və Arif Hacılı sizləri bataqlığa sürükləyir"
Müsavat partiyasının dekabrın 14-də keçirdiyi mini aksiya dağıdıcı müxalifətin sosial bazadan məhrum olduğunu bir daha sübut etdi. Ekspertlər də bu mini mitinqi müxalifətin ən biabırçı mitinqi kimi qiymətləndirdilər. Bununlada Müsavat partiyası rəhbərliyinin mitinq öncəsi verdiyi proqnozlar özünü doğrultmadı. Arif Hacılı mitinqdə minlərlə insanın iştirak edəcəyini anons edirdi. Lakin digər Müsavat funksioerlərinin də 14 dekabr mitinqi haqqında verdiyi proqnozlar real olmadı. Bəs ortaya hansı mənzərə çıxdı?
Müsavatın mitinqində 15-20 nəfərlik avtobusu ümumilikdə tuta biləcək qədər adam vardı. Bunların da çoxu partiya rəhbərliyi və onların qohumları idi. Yerdə qalanlar sadəcə ümidsizlikdən meydana gələn adamlar idi. Ən əsası, digər partiyalardan, xüsusilə də AXCP-dən bir nəfər də olsun bu mitinqə gəlmədi. Halbuki "Milli Şura"nın mitinqində hadisələri qabaqlamaq üçün İsa Qəmbər və A.Hacılı "Məhsul"a dəvətsiz gəlmişdilər. Ancaq AXCP-dən sıravi üzv belə Müsavatın mitinqində iştrak etməyi özünə sığışrdırmadı.
Mitinq bitər-bitməz isə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Facebook" sosial şəbəkəsində Müsavatın mitinqini "uğursuz" adlandırdı: "Müsavatın mitinqində olduqca az adam var idi. Müsavatın "Milli Şura"dan çıxması və yolunu dəyişdirməsi ona bu aqibəti yaşatdı. Məncə, hər bir mitinq təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir. Deməmək sayın azlığından utanmağı göstərmək üçündürsə, utanmağına dəyməz, çünki hər kəs "adamsızlığı" gördü. Müsavat 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarmalıdır. Bu yol və gəldiyi yoldan sapmış yoldaşlar sizləri çox böyük bataqlığa sürükləyir".
Müsavat partiyasının funksioneri Gülağa Aslanlı isə F.Qəhrəmanlını fikirlərinə görə onu kəskin tənqid edib: "AXCP sədrinin müavininin sözləri daha çox hakimiyyətin maraqlarına xidmət edir. Mən hesab edirəm ki, siyasi məhbuslarla bağlı keçirilən mitinq baş tutdu".
Göründüyü kimi, G.Aslanlı iki cümlə işlədərək məqsədli şəkildə məsələnin mahiyyətindən yayınıb. Həmçinin mitinqdə iştirak edənlərin sayını açıqlamamaq da zəiflik əlamətidir.
Samir