YAP Ağcabədi rayon təşkilatı Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını davam etdirməkdədir.
YAP Ağcabədi rayon təşkilatı Seçki Qərargahının üzvləri Rəncbərlər, Hüsülü, Taynaq, Poladlı, Sarıcalı kəndlərindən olan namizədlərlə seçicilərin görüşünü keçirib. Görüşdə YAP Ağcabədi rayon təşkilatının baş təlimatçısı Səfər Səfərov çıxış edərək, qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar görülən işlərdən danışaraq, namizədlər barəsində seçicilərə geniş məlumat verib. Bələdiyyələrin fəaliyyətinə nəzər salan S.Səfərov bildirib ki, özünüidarəetmə orqanları bir struktur kimi, Azərbaycanda 1999-cu ildə yaradılıb. Ötən müddət ərzində onların fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qəbul olunmuş qərarlar və qanunlar, eyni zamanda, əldə olunmuş təcrübə, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da səmərəli şəkildə qurulmasına şərait yaradıb. Rəncbərlər kəndindən olan seçicilər Fazil Qurbanov, Əlaslan Qəhrəmanov, Səmərqa Səlimova, Esmira İbadova, Poladlı kəndindən olan seçicilər İlham Seyfullayev, Elnur Əliyev, İpək Mustafayeva, Taynaq kəndindən olan seçicilər Ramil Quliyev, Rəqsanə Hacıyeva, Sarıcalı kəndindən Şəfiqə Həsənova, Habil Mehdiyev, Murad Abbasov və başqaları çıxışlarında YAP namizədlərinə səs verəcəklərini bildiriblər.
Sonda YAP Ağcabədi rayon təşkilatı aparatının işçiləri Elnur Quliyev, Zaur Məmmədov, Ramil Nağıyev bələdiyyə üzvlyünə namizədlərə təbliğat-təşviqat kampaniyasının düzgün təşkil edilməsi barədə öz tövsiyələrini veriblər. Seçiciləri seçkilərdə fəal iştirak etməyə, düzgün seçim edərək, xalqımızın rifah və quruculuğu naminə səs verməyə çağırıblar.
ZÜMRÜD