PDF Oxu

Siyasət

  • 15

İsmayıllılar Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

İsmayıllılar Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

YAP İsmayıllı rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar Qoşakənd, Keyvəndi və Tircan bələdiyyəsinə partiya tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib.

Tədbirləri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının və Seçki Qərargahının sədri Əzizə Vahabova qeyd edib ki, son illərdə ölkəmizdə iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici edib: "Sevindirici haldır ki, Azərbaycan da dünya biznes dairələrində sərmayədar ölkə kimi tanınmağa başlayıb. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə fəal iştirak edirlər. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son 10 ildə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirmiş, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur".

Natiq qeyd edib ki, Lideri ölkə Prezidenti İlham Əliyev olan və hakimiyyətə hakim partiya kimi gəlişindən sonra bütün seçkilərdən qalib çıxan Yeni Azərbaycan Partiyası öz siyasətində əsas prioritet kimi Azərbaycan xalqının sosial rifahının daha da yaxşılaşdırılması ideyasını irəli sürərək, qarşıdan gələn bələdiyyə seçkilərində də qalib gəlməyi qarşısına məqsəd qoymuşdur.

Qoşakənddən YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlər Abbasova Şəlalə, Məmmədov Nasil, Bağıyeva Ofelya, Əmirov Şahin, Keyvəndi bələdiyyəsinə partiya tərəfindən irəli sürülmüş namizədlər Famil Cəbiyev, Mustafa İsgəndərov, Cabar Cabarov, Dürdanə Dəmirova, YAP tərəfindən Tircan bələdiyyəsi üzvlüyünə namizədlər Nizami Zülfüqarov, Əhməd Çələbiyev, Akif Gözəlov, Məharət Abbasov və başqaları çıxış edərək partiyayay bu seçkilərdə onlara göstərdiyi bu etimada görə minnətdarlıqlarını bildiriblər.Onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını qeyd ediblər.

Qoşakənd, Keyvəndi, Tircan kənd sakinləri çıxışlarında qarşıdan gələn bələdiyyə seçkilərində yenidən ölkəmizdə gedən sosial-iqtisadi inkişafı dəstəkləyərək, səslərini Yeni Azərbaycan Partiyasının namizədlərinə verəcəklərini vurğulayıblar.

ZÜMRÜD

Digər xəbərlər