YAP bələdiyyə seçkilərinə namizədlərlə Müşfiqabad qəsəbə sakinləri arasında görüş keçirilib. Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP Müşfiqabad bələdiyyə üzvlüyünə namizədlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb: "Namizədlərimiz sərbəst şəkildə, tam demokratik mühitdə öz təbliğatlarını aparırlar. Vətəndaşlarımızın da namizədlərimizə çox böyük etimadı var. Ona görə də, Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanacağı heç bir şübhə doğurmur".Daha sonra Müşviqabad Bələdiyyəsinə namizədlər Vüqar Əliyev, Həsənağa Hacıyev, Fəxrəddin Hüseynov, İlahə Murquzova, Sədaqət Yusifova, Müşviqabad qəsəbə sakinlərindən Sadiqov İlham, Məmmədov Əhməd, Çiləxanım Gözəlova çıxış ediblər.
sia.az