PDF Oxu

Siyasət

  • 6

"Azərbaycana sabitlik, Minsk qrupuna isə böyük müharibə lazımdır"

"Azərbaycana sabitlik, Minsk qrupuna isə böyük müharibə lazımdır"

"ATƏT-in Minsk qrupu ABŞ-ın və Ermənistanın təsiri altında çox pis hərəkət etdilər. Onlar Almaniyaya səfər etdilər, amma bu barədə alman mətbuatında heç bir məlumat getmədi". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, həmsədrlər narahatdılar ki, niyə Almaniya xarici işlər nazirliyi Almaniya hökuməti adından bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir? Onlar buna görə də Almaniyaya səfər etdilər: "İndi ortalıqda real təklif ola-ola həmsədrlər Böyük Britaniya hökuməti ilə görüşmür, amma Almaniyaya səfər edirlər. ATƏT-in fəaliyyətdə olan sədri Anjiy Kasprişikin fəaliyyəti dəyişdirilməlidir. Biri var, Azərbaycanın ərazi bütövlüyünü görməyəsən və bundan yandan keçəsən, biri də var, bunu inkar edəsən. Hesab edirəm ki, bunu inkar edən dövlət rəsmilərinin ayaqları Azərbaycan torpaqlarına dəyməməlidir. ATƏT regionu müharibəyə aparır. Azərbaycana sabitlik, Minsk qrupuna isə böyük müharibə, xaos lazımdır. Təsəvvür edin ki, ATƏT-in Minsk qrupu Ermənistana dəstək verir".

sia.az

Digər xəbərlər