PDF Oxu

Siyasət

  • 14

Millət vəkilindən Avropa Birliyi və ABŞ-a ÇAĞIRIŞ

Millət vəkilindən Avropa Birliyi və ABŞ-a ÇAĞIRIŞ

Millət vəkili Zahid Oruc Avropa Birliyini və ABŞ-ı Ermənistana göstərilən yardımları kəsməyə çağırıb. SİA-nın məlumatına görə, millət vəkili belə bir təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.O, qeyd edib ki, ötən gün Brüsseldə Avropa Birliyi xarici işlər nazirləri Krıma qarşı sanksiyaları növbəti dəfə razılaşdırıblar: "Onlar diplomatlarının hər hansı şəkildə ora göndərilməsini qadağan edir, 50 adda məhsulların oradan alınmasına qadağa qoyurlar. XİN rəhbərləri eyni zamanda maliyyə-bank sektorunda bütün əməkdaşlıqlarına ciddi şəkildə qadağan edilməsini razılaşdırıblar. Bunun yaxşı və ya pis olması gələcək dövrdə özünü göstərəcək. Amma Avropa Birliyi eyni sanksiyaları Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də tətbiq etməlidir".Millət vəkili ABŞ Konqresinin Ermənistana maliyyə yardımı məsələsinə də toxunub:"3 gün öncə ABŞ Konqresi xarici yardımlarla bağlı məsələni razılaşdırıb. Gürcüstana 75 milyon, Ermənistana 25 milyon və Azərbaycana 13 milyon dollar yardım etmək haqqında qərar verib. Biz pul davası açmırıq. Ulu Öndər 1999-cu ildə ABŞ rəhbərləri ilə görüşdə demişdir ki, 907-ci düzəliş bizi o cəhətdən ağrıtmır ki, siz bizim azadlığımıza dəstək vermək istəmirsiniz, o cəhətdən ağrıdır ki, bu mənəvi və siyasi cəhətdən bizə mane olur".Z.Oruc qeyd edib ki, ABŞ yardımlarını Ermənistandan kəsmiş olsa, bu daha müsbət nəticə verə bilər: "Hesab edirəm ki, həm Avropa Birliyi, həm də ABŞ da yardımlarını Ermənistandan kəsərsə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təsirli bir tədbir olar. O zaman biz ABŞ ilə Azərbaycan münasibətlərinin daha yeni bir dönəmdə inkişafının şahidi olarıq. Ona görə mən həm Avropa Birliyinə, həm də ABŞ-a müraciət edirəm ki, bu yardımları dayandırsınlar".

sia.az

Digər xəbərlər