PDF Oxu

Siyasət

  • 11

Siyavuş Novruzov: “Budur onların demokratiyası?”

Siyavuş Novruzov: “Budur onların demokratiyası?”

"ABŞ-ın demokratiya pərdəsi altında maskalandığını, əməli fəaliyyətə gəlincə fərqli nəticə əldə olunduğunu biz yox, məhz ABŞ Konqresi deyir"

"ABŞ-da insanlara edilən işgəncərlər dünyanın hər bir yerində müzakirələrə yol açıb". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib."ABŞ-ın demokratiya, insan hüquqları, söz, fikir azadlığı pərdəsi altında maskalandığını, əməli fəaliyyətə gəlincə fərqli nəticə əldə olunduğunu biz yox, məhz ABŞ Konqresi deyir. Təsadüfi deyil ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, həm də vitse-prezidenti də etiraf edir ki, terrorun qarşını almaq üçün işgəncələrə əl atmışıq. O zaman ortaya sual çıxır ki, ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də 1 milyondan çox qaçqını olan, ərazisində terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursunuz? Okeanın o tayında baş verən hansısa hadisəni araşdrımaq üçün yol qət edirlər, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə çalışan Freedom House təşkilatı və digər qurumların səsi çıxmır? Avropa dövlətlərində Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə əhalimizə qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?" – deyə S.Novruzov sual edib.S.Novruzov qeyd edib ki, tarix boyu Teymurləngi işgəncə verən şəxs kimi qələmə veriblər: "Lakin Teymurləng bunlar yanında heç nədir. Həmişə məlum olur ki, sən demə işgəncə verilən insanların əksəriyyəti günahsız olub. Bəs bu kimi hallara kim cavab verəcək? Niyə həmin insanlar məsuliyyətə cəlb olunmur? Budur onların demokratiyası? Bilirsiniz, adətən ABŞ-da Şükran bayramında hind quşunun soyqırımı gedir. İndi isə vəziyyət tamamilə dəyişib, qaradərililərin soyqırımına başlayıblar. Gün ərzində təxminən 80-nə yaxın qaradərili insan qətlə yetirilir".

sia.az

Digər xəbərlər