PDF Oxu

Siyasət

  • 4

KİV haqqında qanuna dəyişiklik edilib

KİV haqqında qanuna dəyişiklik edilib

"Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişikliklər edilib. SİA-nın məlumatına görə, dəyişkiliyə əsasən əvvəllər təsis edilmiş, digər mətbu nəşrlə eyni və ya oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir.Həmin qanunun 19-cu maddəsinə edilən dəyişkiliyə görə isə kütləvi informasiya vasitəsi artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.Müzakirələr zamanı millət vəkili Siyavuş Novruzov bildirib ki, qanunda heç də məhdudiyyət nəzərdə tutulmur: "Qanunda göstərici ondan ibarətdir ki, bu qanunu pozma. Dəyişiklik ondan ibaətdir ki, qanunu kim pozsa, həmin mətbu orqan bağlanacaq".Millət vəkili Aqil Abbas isə deyib ki, Azərbaycanda olan söz və mətbuat azadlığı heç bir ölkədə yoxdur.Millət vəkili Zahid Oruc da qanuna edilən dəyişikliklərin vacib olduğunu qeyd edib.Vitse-spiker Bahar Muradova deyib ki, mətbuatın əsas işi informasiyanı almaq, ötürmək, təhlil, analiz və başqa istiqamətli fəaliyyətlər həyata keçirməkdir.B. Muradova qeyd edib ki, bunlardan öncə hər bir mətbuat əməkdaşı həm də bir Azərbaycan vətəndaşı olduğundan, Azərbaycanı tək ölkə içində yox, həm də ölkədən kənarda müdafiə etməlidir. Təklif olunan dəyişikliklər barədə qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

sia.az

Digər xəbərlər