PDF Oxu

Siyasət

  • 14

Adil Əliyev: “Birinci Avropa Olimpiya oyunlarının keçirilməsinə heç bir qüvvə əngəl ola bilməz”

Adil Əliyev: “Birinci Avropa Olimpiya oyunlarının keçirilməsinə heç bir qüvvə əngəl ola bilməz”

"İnanmıram ki, ölkə daxilində nüfuzu olmayan hər hansısa bir siyasi partiya olimpiya oyunlarının qarşısına sədd çəkə bilsin". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Adil Əliyev bildirib.Bakıda keçiriləcək birinci Avropa Olimpiya oyunları öncəsi ölkədə müəyyən gərginlik yaratmaq istəyən qüvvələrin əməllərini şərh edən A. Əliyev qeyd edib ki, bu partiyaların hansı xarici qüvvələrin əlində oyuncaq olduğu hər kəsə bəllidir: "Aydın məsələdir ki, bu satqın qruplar, məhz xarici qüvvələrin verdikləri əmrlərə uyğun olaraq ölkə daxilində müəyyən addımlar atmağa çalışırlar. Ancaq tam əminəm ki, bu cür qüvvələrin hər hansısa fəaliyyəti Bakıda keçiriləcək birinci Avropa Olimpiya oyunlarının uğurla nəticələnməsinə heç bir mənfi təsir göstərməyəcək. Oyunların keçirilməsinə heç bir qüvvə əngəl ola bilməz".

sia.az

Digər xəbərlər