PDF Oxu

Siyasət

  • 15

Bahar Muradova: “Bu şüvənqoparma nə zamana kimi olacaq?”

Bahar Muradova: “Bu şüvənqoparma nə zamana kimi olacaq?”

"Azərbaycan haqqında dünyada bir çox tanınmış mətbu orqanlarda yazılan, səslənən, göstərilən çox yaxşı məlumatlarla yanaşı, mənfi xarakterli məlumatlar da gedir. Təbii ki, Azərbaycan jurnalistikasından, mətbuatından tələb olunan odur ki, Azərbayacanın maraqlarını məhz ölkədən kənarda, həmin informasiyaların getdiyi qurumlarda qoruma imkanlarından yararlansınlar". SİA-nın məlumatına görə, bunu vitse-spiker Bahar Muradova bu gün Milli Məclisdə "Kütləvi informasiya vasitələri haqqında" Qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.B. Muradovanın sözlərinə görə, jurnalistlər bu istiqamətdə ixtisaslaşmalıdırlar: "Jurnalistlər Azərbaycanın maraqlarını xarici mətbuat səhifələrində qorumalı, öz imzalarını tanıtmalıdırlar. Bu, daha vacibdir. İstəyirəm ki, Azərbaycan mətbuatı bu istiqamətdə ciddi uğurlar əldə etsin. Parlamentdə məsuliyyətlərin artırılması, ciddiləşməsi, bu və ya digər məsələlərə görə cavabdehliyin daşınması məsələsi gündəmə gətirildikdə müdafiəçilər meydana çıxır: "Başa düşmürəm nə üçün biz məsuliyyət hissinin artırılmasından qaçmalıyıq? Ümumiyyətlə niyə biz məsuliyyət daşımaq istəmirik? İnsan yalnız hüquq yox, vəzifə sahibidir".Vitse-spiker qeyd edib ki, istənilən hüquqi cəza mexanizmi təkcə cəza mexanizmi deyil, eləcə də xəbərdaredici funksiya daşıyır: "KİV sahəsində də məsuliyyətin möhkəmləndirilməsi digər sahələrə nisbətən daha vacibdir. Çünki bir söz bütün toplumu yerindən oynada bilir. Eyni zamanda, bir söz ordunu döyüşə ruhlandıra bilər. Ona görə də hər bir sözün məsuliyyətini daşımaq hər bir fərdin mənəvi və hüquqi borcudur. Məsuliyyətin ciddiləşməsindən heç də çəkinmək lazım deyil. Cəzalar o şəxslərə tətbiq olunacaq ki, onlar qanunda nəzərdə tutulan müddəaları pozmuş olacaqlar. Digərlərinin narahatçılığı nə ola bilər? Başa düşə bilmirəm. Ölüm cəzası öldürən insanlar üçündür. Bunun iştirakçısı olmayanların nə qorxusu ola bilər? Elə bu məsələdə də qanunun tələblərini pozmayanların nə qorxusu ola bilər? Kim pozmayacaqsa, qanunun tələbi ona tətbiq edilməyəcək. Belə çıxır ki, bu məsələ siyasi divident əldə etmək üçün lazım imiş. Artıq neçə gündür ki, bu məsələ mətbuatda müzakirə edilir. Bunu əlllərində bayraq edirlər ki, guya mətbuat üzərində basqı daha gücləndirilir. Qoymayın tutdular, vurdular, öldürdülər. Axı belə yanaşma nə vaxta kimi davam edəcək? Bu, şüvənqoparma nə zamana kimi olacaq? Gəlin, bunlara bir son qoyaq".B. Muradovanın sözlərinə görə, burada sadəcə hüquq tətbiq olunur: "Hanısısa işi gör və mən səni bağışlayım get səhəri günü eyni halı təkrarla. Belə düzgün olmaz. Burada sadəcə hüquq tətbiq olunur. Ona görə də hər kəs ona tətbiq olunan cəzadan nəticə çıxarmalıdır. Əgər nəticə çıxarmayıb öz əməlinə davam edirsə, o zaman biz ona cəmiyyətdə yerini göstərməliyik. Əks təqdirdə hansı hüquqi cəmiyyətdən söhbət gedə bilər?! Həmkarlarımızdan xahiş edirəm ki, dövlətimizin milli mənəvi dəyərlərini lazım gəldi-gəlmədi ayaqlar altına atmayasınız. Hər kəsi öz adı ilə çağırmaq lazımdır. Azərbaycan prezidenti bütün qanunları ayaq altına atıb Xədicə İsmayılı buraxmalıdırmı? Avropa Parlamentində islahatçı və ya mühafizəkar qrupu istədiyinə görə bunu etməlidir? Xədicə İsmayıl öz hərəkətinə görə cavab verməlidir. Kimisə özünü intihar həddinə gətirib çıxarıb. Bir başqasına qarşı qanun bütün ciddiyəti ilə tətbiq olunur, jurnalistdir deyə biz nəyə görə susmalıyıq? O da vətəndaşdır. Onun da məsuliyyəti var".B. Muradova hesab edir ki, təklif olunan dəyişikliklər həqiqi mənada məsuliyyətlərin daha da ciddiləşməsi, konturların daha da aydın olması və cəmiyyətdə qanunun aliliyi prinsipinin daha ciddi tətbiqinə aparan yollar açır: "Ona görə də kənar maliyyələrlə Azərbaycan daxilindəki mövcud durumu mənfi istiqamətə yönəltmək istəyən şəxslər, o şəxslərin cəmləşdiyi qurumlar atdıqları addımlara görə məsuliyyət daşımalıdırlar. Odur ki, dəyişikliklər mütərəqqidir və mütləq şəkildə qəbul edilməlidir"

sia.az

Digər xəbərlər