PDF Oxu

Siyasət

  • 10

Qabil Hüseynli: "Serj Sarkisyana qarşı ölkədə ciddi müxalifət var" AÇIQLAMA

Qabil Hüseynli: "Serj Sarkisyana qarşı ölkədə ciddi müxalifət var" AÇIQLAMA

"Əgər ermənilər belə bir etiraf edirlərsə, deməli onlarda ayılma, özünüdərketmə prosesi gedir". Bunu SİA-ya politoloq Qabil Hüseynli Serj Sarkisyan tərəfindən döydürülən erməni deputat Aram Manukyanın parlamentdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə və "Ermənistanda bir dənə də olsun kişi yoxdur " ifadəsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, sözün həqiqi mənasında ermənilər həmişə özlərini sivilizasiyalı xalq adlandırırlar: "Bir sözlə, onlar müasir sivilizasiyanın tələblərinə uyğun olaraq həqiqəti etiraf etmək üçün artıq özlərində güc tapa bilirlər. Əgər bu gün ermənilər digər erməni xislətinə məxsus ağılsızlardan fərqlənirsə deməli, onların içərisində az da olsa reallığı qəbul edənlər var. Artıq bu məsələ onu göstərir ki, Ermənistan prezidenti Serj Sarkisyana qarşı ölkədə ciddi müxalifət var. Həmin müxalifət isə getdikcə sıralarını genişləndirir".

sia.az

Digər xəbərlər