PDF Oxu

Siyasət

  • 7

Üzeyir Cəfərov: “Komandanlıq bu sahədə diqqəti bir qədər də artırmalıdır”

Üzeyir Cəfərov: “Komandanlıq bu sahədə diqqəti bir qədər də artırmalıdır”

AÇIQLAMA

"Hesab edirəm ki, 2014-cü il Azərbaycan Silahlı Qüvvələri üçün tarixdə uğurlu illərdən biri olacaq". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov bu il ərzində Azərbaycanın Ordu sahəsində qazandığı uğurlara münasibət bildirərkən deyib.Onun sözlərinə görə, 2014-cü il ərzində xeyli iş görülüb: "Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında Ordu sahəsində saysız-hesabsız islahatlar həyata keçirilib. Beləcə, ordumuzun bütün birləşmələrində canlanma yaranıb. Şəxsi heyətin maddi təminatında xüsusilə onların geyimində, ərzaq təminatında misli görünməmiş işlər görülüb. Təbii ki, bütün bunlar təqdirəlayiqdir və hər kəs bunu alqışlayır. Ölkəmizdə xeyli sayda təlimlər keçirilib. İlk dəfə Azərbaycan – Türkiyə hərbi təlimləri, o cümlədən Azərbaycan – Türkiyə - Gürcüstan dövlətləri arasında birgə işlər həyata keçirilib. Naxçıvanın ümumqoşun ordusunda Azərbaycan tarixində ilk dəfə olaraq genişmiqyaslı təlimlər həyata keçirilir. Bütün bunlarla yanaşı, hələ görüləsi xeyli işlər var".Ü. Cəfərov hesab edir ki, Müdafiə Nazirliyinin rəhbərliyi başa düşür ki, bir il ərzində bütün işləri görüb, başa çatdırmaq fiziki cəhətdən mümkün deyil: "Bu işlərin ən başlıcası nizam-intizamın daha da möhkəmləndirilməsi, xüsusilə döyüş bölgəsində olan zabitlərimizin, gizirlərimizin, çavuşlarımızın, əsgərlərimizin sosial yönümdə maddi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən yeni mənzillərin tikilməsi, mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Təbii ki, bu istiqamətdə işlər görülür. Ermənistan tərəfi 2014-cü ildə olduğu kimi, 2015-ci ildə də bizə zərbələr vurmağa çalışacaq. Hesab edirəm ki, komandanlıq bu sahədə diqqəti bir qədər də artırmalıdır".

sia.az

Digər xəbərlər