Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Qobustan rayon təşkilatının bələdiyyələrə seçkilərlə bağlı təbliğat kampaniyası davam edir
Dünən YAP Gənclər Birliyi Qobustan rayon təşkilatının gənc namizədlər və partiya fəallarının birgə geniş tərkibdə növbəti görüşü keçirilib. Görüşdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev ölkəmizdə keçirilən bütün seçki proseslərində demokratik prinsiplərin əsas amil kimi qiymətləndirib.
Görüşdə çıxış edən "İki sahil" qəzitinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, əsas məqsəd bələdiyyə seçkilıərində gənclərin fəallığını artırmaq, YAP-ın namizədlərinin parlaq qələbəsini təmin etməkdən ibarətdir. O, respublikamızda gedən quruculuq-abadlıq işlərindən geniş bəhs edərək Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan danışıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində YAP üzvü olan gənclərin fəal iştirakından geniş bəhs edib. S.Orucov bildirib ki, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasında gənclərimiz həmrəylik nümayiş etdirərək vahid mövqedən çıxış etməklə 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində YAP-ın gənc bələdiyyə üzvlüyünə namizədlərini dəstəkləməyə çağırıram.
Görüşdə çıxış edən gənc namizədlər gənclərə göstərilən etimadın yüksək olduğunu, Yeni Azərbaycan Partiyasının gənclərə göstərdiyi qayğıdan danışıblar. Görüşdə vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının onlara göstərdiyi etimadı öz əməlləri ilə döğruldacaqlar. Həmçinin, görüşdə çıxış edən seçicilər birmənalı olaraq bildirdilər ki, YAP-ın namizədlərinə səs verməklə mövcud inkişafa səs vermiş olacaqlar.
Görüşdə YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak edib.
R.HÜSEYNOVA