PDF Oxu

Siyasət

  • 10

Siyəzəndə təbliğat-təşviqat kampaniyası davam edir

Siyəzəndə təbliğat-təşviqat kampaniyası davam edir

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən kampaniya çərçivəsində növbəti görüşlər Həmyə seçiciləri ilə baş tutub.

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov çıxış edərək bildirib ki, bələdiyyələr daim vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, sakinlərin etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir: "Ötən dövrdə əksər bələdiyyələr müsbət təcrübə qazanıb, onların cəmiyyətdə rolu artıb. Bütün siyasi kampaniyaları qələbə ilə başa vuran Yeni Azərbaycan Partiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını mütəşəkkilliklə davam etdirir. İnanıram ki, rayon sakinləri arasında nüfuzu olan namizədlərimiz bu seçkidə də qalib olacaqlar".

Tədbirdə çıxış edən YAP Siyəzən rayon təşkilatının aparat rəhbəri İxtiyar İsayev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsinin ölkəmizin uğurlu inkişafı ilə nümayiş etdirir: "Siyəzən ictimaiyyəti də bu inkişafa, sabitliyə səs verməklə növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməlidirlər".

Həmyə bələdiyyəsinə namizədliyi qeydə alınmış Nəsbulla Rüstəmov, Möhüb Səfərov, Sara Ağamalıyeva, Natik İsayev çıxış edərək vurğulayıblar ki, növbəti bələdiyyə seçkilərində də partiyamız tərəfindən irəli sürülən namizədlər seçicilərin etimadını qazanacaq və növbəti 5 ildə də bələdiyyələrin işində yaxından iştirak edəcəklər.

A.SƏMƏDOVA

Digər xəbərlər