PDF Oxu

Siyasət

  • 9

Baş redaktor: “Jurnalist öz yazısına düşmən nəzərlərlə də baxmalıdır”

Baş redaktor: “Jurnalist öz yazısına düşmən nəzərlərlə də baxmalıdır”

"Jurnalist əlinə qələm almazdan öncə dövlət sirri nədir, onu özü üçün müəyyənləşdirməlidir". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.Azərbaycanda "Dövlət sirri haqqında" qanunun olduğunu xatırladan baş redaktor deyib ki, jurnalist sensasiya yaratmaq cəhdindən əvvəl vətənpərvər olsa, dövlət sirrinin qorunmasında problemlər olmaz: "Azərbaycan müharibə vəziyyətindədir. Hələ müharibə bitməyib, atəşkəsdir. Ona görə də hərbi əməliyyatlarla bağlı, hərbi mövzuda, cəbhə bölgəsində baş verən hər hansı bir insidentlə bağlı yazı yazanda jurnalist əvvəlcə fikirləşməlidir ki, bu informasiyanı ictimailəşdirmək olarmı? Bundan başqa yazını yazıb qurtaran jurnalist sonra düşmən nəzərlərlə həmin yazıya baxmalıdır ki, bundan düşmən necə istifadə edə bilər? Bu yazı düşmənlərimizə hansı informasiyanı verir? Yaxud gizli saxlamalı olduğumuz hansı mətləbi açıqlayır? Jurnalist belə etsə, bu zaman heç bir problem olmayacaq. Yəni, hər bir jurnalist ilk növbədə vətənpərvər olmalıdır".

sia.az

Digər xəbərlər