PDF Oxu

Siyasət

  • 14

Mübariz Qurbanlı: "Azərbaycanda dinlərarası məsələlərdə heç bir problem yoxdur"

Mübariz Qurbanlı: "Azərbaycanda dinlərarası məsələlərdə heç bir problem yoxdur"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Milli Məclisin Sədr müavini Bahar Muradova və digər şəxslər iştirak edir.Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə start verilib.DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti mövzusu çox aktualdır: "Bu, Azərbaycan qanunverciliyi ilə tənzimlənir. Azərbaycanda dinlərarası məsələlərdə hər hansı bir problem yoxdur. Bu gün ölkəmizdə həyata keçirilən siyasətin həm daxilə, həm xaricə çatdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Biz ölkəmizdə din sahəsində həyata keçirilən siyasəti daha geniş şəkildə ictimaiyyətə çatdırırıq. Hər birimiz Yaxın Şərq ölkələrində və başqa ölkələrdə baş verən badisələrin şahidiyik. Çox təəssüf ki, din altında baş verən bu münaqişələr daha faciəvi şəkildə özünü göstərir. Cənab İlham Əliyevin verdiyi tapşırıqlarda, imzaladığı sərəncam və fərmanlarda xüsusilə buna diqqət yetirilir və bunların qarşısının alınması istiqamətində cəmiyyətimizdə təbliğat işləri aparılır".Millət vəkili Azay Quliyev diqqətə çatdırıb ki, yaxşı başa düşürük ki, dövlət - dindən, din - dövlətdən ayrı ola bilməz: "Azərbaycanın yerləşdiyi geosiyasi vəziyyət və geosiyasi məkan çox həssasdır. Biz tədbirdən öncə bir sıra məsələləri müzakirə etdik və qərara gəldik ki, DQİDK ilə Anlaşma memorandumu imzalayaq. Heç bir halda Azərbaycanda inanclı insanların dini mənsəbindən ayrı olmasına imkan verilməməlidir".Tədbir hazırda davam edir.

sia.az

Digər xəbərlər