PDF Oxu

Siyasət

  • 9

Qobustanlı gənclər inkişafa səs verəcək

Qobustanlı gənclər inkişafa səs verəcək

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının bələdiyyələrə seçkilərlə bağlı təbliğat kampaniyası davam edir. Bu münasibətlə rayonda YAP Qobustan rayon təşkilatı gənc namizədlərlə və partiya fəalları ilə görüş keçirdi. Görüşdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak edirdilər.Görüşdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev çıxış edərək ölkəmizdə keçirilən bütün seçki proseslərində demokratiya faktorunu əsas amil kimi qiymətləndirdi. F.Gülaliyev bildirdi ki, qobustanlılar hər zaman yüksək seçki fəallığı nümayiş etdirən Yeni Azərbaycan Partiyasının namizədlərinə bələdiyyə seçkilərində də dəstək olacaqlar. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, əsas məqsəd bələdiyyə seçkilərində gənclərin fəallığını artırmaq, YAP-ın namizədlərinin qələbəsini təmin etməkdən ibarətdir. V.Rəhimzadə qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədlərinin "Rifah və Quruculuq naminə" təbliğat-təşviqat kampaniyası uğurla davam edir. "YAP bələdiyyələrdə geniş təmsilçiliyə nail olacağına tam əmindir. Buna səbəb Prezident İlham Əliyevin apardığı siyasətdir, ölkədə gedən quruculuq işləridir." Vüqar Rəhimzadə respublikamızda gedən quruculuq, abadlıq işlərindən geniş bəhs edərək ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan söhbət açaraq gəncləri seçkilərdə fəal olmağa çağırdı.Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov vurğuladı ki, Partiyamızın bütün seçkilərdə uğur qazanmasının səbəbi YAP-ın ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir". S.Orucov 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində YAP üzvü olan gənclərin fəal iştirakından geniş bəhs etdi. YAP Gənclər Birliyinin sədri təbliğat-təşviqat kampaniyasında gəncləri həmrəylik nümayiş etdirərək, vahid mövqedən çıxış edərək, 23 dekabr bələdiyyə seçkilərində YAP-ın bələdiyyə üzvülüyünə gənc namizədlərini dəstəkləməyə çağırdı. Həmçinin görüşdə çıxış edən seçicilər birmənalı olaraq bildirdilər ki, onlar YAP-ın namizədlərinə səs verməklə mövcud inkişafa səs vermiş olacaqlar.

sia.az

Digər xəbərlər