PDF Oxu

Siyasət

  • 14

Rasim Musabəyov: “Rusiya-Türkiyə yaxınlaşmasından Azərbaycan yalnız uda bilər” ŞƏRH

Rasim Musabəyov: “Rusiya-Türkiyə yaxınlaşmasından Azərbaycan yalnız uda bilər” ŞƏRH

\r\n

\r\n

\r\n "Rusiya-Türkiyə yaxınlaşmasından Azərbaycan yalnız uda bilər". Bunu SİA-ya "Rusiya-Türkiyə yaxınlaşmasından danışan millət vəkili, politoloq Rasim Musabəyov deyib.Politoloq qeyd edib ki, Rusiya-Türkiyə yaxınlaşması bölgədə gərginliyi ortaya qoyub: "Ermənilər Rusiyanın əl altısı olsa da, Türkiyə ilə heç bir münasibətləri yoxdur. Gürcüstan Türkiyə ilə yaxşıdır, ancaq Rusiya ilə heç diplomatik əlaqələri yoxdur. Azərbaycan isə Türkiyə ilə müttəfiq, qardaşdır. Rusiya ilə kifayət qədər partnyorluq və səmərəli əmkdaşlığı var. Ona görə də Azərbaycanın həm Rusiyanın, həm Türkiyənin layihələrində partnyor kimi çıxış etmə imkanı var. Azərbaycan bundan uduzmur, əksinə udur. İstisna etmirəm ki, Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsiri ola bilər".Türkiyə və Rusiya arasındakı qaz razılaşmalarına toxunan R. Musabəyov deyib ki, bu razılaşma hələ niyyət protokolu səviyyəsindədir: "Ortada hələ heç nə yoxdur. Məlum deyil ki, Rusiya həmin layihəni həyata keçirmək üçün maliyyə imkanlarını yaxın zamanda tapa biləcəkmi? Böyük ehtimalla Rusiya "Mavi axın"ın ötürmə qabiliyyətin bir qədər artıracaq. Bu mümkündür. Buna zərurət var. Çünki Türkiyə təkcə, "Mavi axın"la yox, Ukraynadan keçən borudan da İstanbulu təmin etmək üçün qaz alır. Həmin qazı oradan yox, birbaşa "Mavi Axın"dan almaq daha sərfəlidir".R. Musabəyov hesab edir ki, bu layihə gerçəkləşsə belə, Azərbaycan hər bir halda, o cümlədən Rusiya ilə əməkdaşlıq etməyə hazırdır: "Biz çalışacağıq ki, rəqabət əsasında yox, daha çox əməkdaşlıq maraqları üzərindən məsələri yoluna qoyaq".

\r\n

\r\n

\r\n

\r\n sia.az

\r\n

Digər xəbərlər