PDF Oxu

Siyasət

  • 13

“Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti”

“Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti”

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Milli Məclisin Sədr müavini Bahar Muradova və digər şəxslər iştirak edib.Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə start verilib.DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti mövzusu çox aktualdır: "Bu, Azərbaycan qanunverciliyi ilə tənzimlənir. Azərbaycanda dinlərarası məsələlərdə hər hansı bir problem yoxdur. Bu gün ölkəmizdə həyata keçirilən siyasətin həm daxilə, həm xaricə çatdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Biz ölkəmizdə din sahəsində həyata keçirilən siyasəti daha geniş şəkildə ictimaiyyətə çatdırırıq. Hər birimiz Yaxın Şərq ölkələrində və başqa ölkələrdə baş verən badisələrin şahidiyik. Çox təəssüf ki, din altında baş verən bu münaqişələr daha faciəvi şəkildə özünü göstərir. Cənab İlham Əliyevin verdiyi tapşırıqlarda, imzaladığı sərəncam və fərmanlarda xüsusilə buna diqqət yetirilir və bunların qarşısının alınması istiqamətində cəmiyyətimizdə təbliğat işləri aparılır".Komitə sədri deyib ki, bütün dünyada din pərdəsi altında siyasi məqsədlərini həyata keçirmək istəyən insanlar var: "Dinin siyasi məqsədlər üçün istafədə olunmasına daha çox İslam ölkələrində rast gəlinir. Xüsusi ilə İslam ölkələrində çoxsaylı insalar din pərdəsi altında gizlənənlərin və dinlərarası, məhzəblərarası ayrı-seçkiliklərin, bu ayrı-seçkiliklərdən siyasi məqsədlər üçün istifadə olunması nəticəsində baş verən müharibələrin, eyni zamanda, digər fəlakətlərin qurbanı olurlar".Millət vəkili Azay Quliyev diqqətə çatdırıb ki, yaxşı başa düşürük ki, dövlət - dindən, din - dövlətdən ayrı ola bilməz: "Azərbaycanın yerləşdiyi geosiyasi vəziyyət və geosiyasi məkan çox həssasdır. Biz tədbirdən öncə bir sıra məsələləri müzakirə etdik və qərara gəldik ki, DQİDK ilə Anlaşma memorandumu imzalayaq. Heç bir halda Azərbaycanda inanclı insanların dini mənsəbindən ayrı olmasına imkan verilməməlidir. Azərbaycanda dini maarifləndirmə sahəsinə yad ünsürlərin ayaq açmasına imkan verilməməlidir. Azərbaycanın dünyəviliyi və tolerantlığı bizim zənginliyimizdir. Biz bunu qorumalıyıq".Şura sədri "İslam Dövləti" ilə əlaqədar dünyada aparılan informasiya siyasəti ilə bağlı mövqeyini də açıqlayıb: "Bütün dünyanı lərzəyə gətirən İŞİD-lə bağlı dünyanın əsas informasiya kanallarında aparılan siyasət yanlışdır. İŞİD-in İslama nə aidiyyəti var? Onu "İslam dövləti" adlandırmaqla dini toleranlığa zərbə vururlar. Onu öz adı ilə terrorçu kimi adlandırmaq lazımdır".Milli Məclisin Sədr müavini Bahar Muradova diqqətə çatdırıb ki, bu sahədə aparılan iş Azərbaycan cəmiyyətinin qarşıya qoyduğu hədəflərə və prioritetlərə çatmaq üçün vacib sahələrdir: "Mənim həmkarlarımızın rəhbərlik etdiyi bu qurumlar dövlət həyatı və cəmiyyətimiz üçün çox vacib qurumlardır. Azərbaycanda dini və etnik zəmində tolerantlıq və sabitliyi qorumalıyıq. Azərbaycana yönəlmiş, rahatlığımızı pozmaq istəyən qüvvələrə qarşı vahid cəbhədə birləşməliyik. Həm dini icmalarda, həm də qeyri-hökumət təşkilatlarında bu işləri lazımi səviyyədə görə biləcək insanlar var. Çünki bizi narahat edən məsələlər bizdən nə qədər uzaq olsa da, bizə yaxınlaşmaqdadır".Daha sonra digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bildiriblər.

sia.az

Digər xəbərlər