PDF Oxu

Siyasət

  • 12

YAP Səbail rayon təşkilatında qadın namizədlərlə görüş keçirilib

YAP Səbail rayon təşkilatında qadın namizədlərlə görüş keçirilib

23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyə seçkilərində namizədlikləri qeydə alınan qadınlarla görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədr müavini, rayon təşkilatının Seçki Qərargahının sədri Muxtar Nağıyev dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq işlərindən danışıb. M.Nağıyev bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına əmin olduğunu bildirib: "YAP Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək müstəqil dövlətimizin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin biri-birini əvəzləyən uğurlarına atdığı imza onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib".

M.Nağıyev, həmçinin Səbail rayonunda bu kampaniyanın səmərəli və mütəşəkkil qaydada aparıldığını da söyləyib. Vurğulayıb ki, seçkilərdə qadın namizədlərin sayının artması YAP-ın qadınlara olan etimadının bariz nümunəsidir: "Çünki partiya tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlar öz intellektinə, geniş ictimai fəaliyyətinə görə fərqlənirlər və onlar sakinlər arasında yüksək nüfuza malikdirlər. Bu isə məhz qələbəni şərtləndirən mühüm amildir. İnanıram ki, rayon sakinləri arasında nüfuzu olan namizəd qadınlarımız bu seçkidə də qalib olacaqlar".

Tədbirdə YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova çıxış edərək, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülən qadınlarımızın bu seçkilərdə də qalib olacağına əmin vurğulayıb: "İnanıram ki, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülən qadınlarımız seçicilərin etimadını qazanacaq və növbəti beş ildə də bələdiyyələrin işində yaxından iştirak edəcəklər".

Görüşdə iştirak edən digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının ölkədə böyük nüfuza malik olmasını qeyd edərək bildiriblər ki, məhz bu nüfuzun olması onu deməyə əsas verir ki, YAP əvvəlki siyasi kampaniyalarda olduğu kimi, bu seçkilərdə də qalib gələcək.

Görüşdə Seçki Məcəlləsinə uyğun olaraq təbliğat-təşviqat işlərinin istiqamətləri haqqında məlumat verilib. Bu işlərin yüksək səviyyədə aparılmasına dair müzakirələr aparılıb.

R.KAMALQIZI

Digər xəbərlər