PDF Oxu

Siyasət

  • 6

Qazax rayonunda bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülən gənclərin seçicilərlə görüşü keçirilib

Qazax rayonunda bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülən gənclərin seçicilərlə görüşü keçirilib

\r\n

\r\n

\r\n Dünən bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatında partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülmüş gənclərlə seçicilərin görüşü keçirilib.

\r\n

\r\n Görüşü giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açaraq rayon təşkilatının seçkilərinə start verildiyi gündən bugünükü təbliğat-təşviqat kampaniyasına kimi görülən işlər barədə ətraflı məlumat verib: \"Bələdiyyə seçkiləri ilə əlaqədar Qazax rayonu üzrə YAP tərəfindən 165 nəfər namizəd irəli sürülmüşdür. Həmin namizədlərdən 55 nəfərini, yəni 34%-ni gənclər təşkil edir. Sabahımızın qurucuları olan gənclərin bələdiyyələrdə çoxluq təşkil etməsi təqdirəlayiq haldır. Əminik ki, namizədliyi irəli sürülmüş gənclərimiz bu seçkidə qələbə qazanacaqlar. İlk dəfə səs verəcək gənclərimizi fəal olmağa və səsvermə günü seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıram\".

\r\n

\r\n Görüşdə iştirak edən Milli Məclisin deputatı Nizami Cəfərov çıxış edərək hər bir ölkənin tarixində seçkilərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. N.Cəfərov bələdiyyə seçkilərinə əhalinin daha çox diqqət yetirdiyini söyləyib: \"Bələdiyyələr idarəçiliyin demokratik texnologiyası olmaqla yanaşı, əhali ilə ən çox təmasda olan qurumdur. Eyni zamanda, bələdiyyə qurumlarında gənclərin də sayının çox olması daha modern məsələlərin öz həllini tapmasına imkan yarada bilər. Bu baxımdan gənclərimiz yerli özünüidarəetmə orqanlarında böyük təcrübə qazanmaqla, onlara göstərilən etimadı doğrultmalıdırlar\".

\r\n

\r\n Sonda N.Cəfərov bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülən gənclərə uğurlar arzulayıb. YAP Mərkəzi Aparatının məsul işçisi Rəfail Gülməmmədov 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülən işlər barədə ətraflı danışaraq bildirib ki, Azərbaycanda ən güclü siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası bu seçkiyə aydın proqramı ilə qatılıb. Heç kəs də şübhə yoxdur ki, partiyamız bu seçkidə parlaq qələbə qazanacaqdır.

\r\n

\r\n R.Gülməmmədov gənclərə tövsiyyələrini verdi və uğurlar arzuladı.

\r\n

\r\n Görüşü YAP Qazax rayon təşkilatının sədri H.Pənahov yekunlaşdırıb.

\r\n

\r\n

\r\n

\r\n RƏFİQƏ

\r\n

\r\n

\r\n

Digər xəbərlər