PDF Oxu

Siyasət

  • 6

Ağstafa seçiciləri ölkənin gələcək inkişafı üçün YAP-ın namizədlərinə səs verəcəklər

Ağstafa seçiciləri ölkənin gələcək inkişafı üçün YAP-ın namizədlərinə səs verəcəklər

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon Seçki Qərargahında partiyanın bələdiyyəyə seçkilərinə ilk dəfə namizədliyi irəli sürülən gənclərlə seçicilərin görüşü keçirilib.

YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov tədbiri giriş sözü ilə açaraq təbliğat kampaniyası dövründə aparılan işlər barədə ümumi məlumat verib. Bildirib ki, Ağstafa rayonunda seçkilərdə ümumilikdə 1308 nəfər gənc ilk dəfə səs verəcəklər. Rayon üzrə 29 bələdiyyəyə Yeni Azərbaycan Partiyası tərəfindən 265 nəfər namizəd irəli sürülmüşdür ki, bunların da 65 nəfərini gənclər təşkil edir.

Milli Məclisin deputatı Nizami Cəfərov çıxış edərək gənclərin seçkilərə gəlməsi və seçilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət daşıdığını bildirdi: "Çünki gənclər bir-birini tanıyır, bir-birilə yaxındırlar, dosdurlar. Bu, onların gələcəkdə özləri üçün karyera qurmaqlarında, optimal idarəçilikdə təcrübə toplamalarında müstəsna əhəmiyyətə malikdir. Bu məsuliyətli yolda onlara uğurlar arzulayıram".

YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov isə çıxış edərək ölkəmizdə Prezident İlham Əliyevin gənclərə göstərdiyi böyük qayğısından danışdı. O, qeyd etdi ki, Yeni Azərbaycan Partiyası tərəfindən hər il yüzlərlə gənc yay məktəblərində istirahətə göndərilir: "Məhz qarşıdakı bələdiyyə seçkilərində gənclərin təmsil olunması onlara göstərilən qayğının müsbət nəticəsidi. İnanırıq ki, gənclərimiz bu etimadı doğrultmaq üçün daha fəal olacaqlar".

Görüşdə gənclərdən Elvin İmaməliyev, Ceyhunə Əliyeva, Nizami İsgəndərli və başqaları çıxış edərək ölkədə gənclərə göstərilən qayğıdan danışaraq onlara göstərilən etimadı öz işləri ilə doğruldacaqlarını bildiriblər.

ÜLVİ

Digər xəbərlər