PDF Oxu

Siyasət

  • 15

Siyavuş Novruzovdan “Yeni Müsavat”a məntiqli cavab ŞOK XƏBƏR

Siyavuş Novruzovdan “Yeni Müsavat”a məntiqli cavab ŞOK XƏBƏR

"Müsavat Partiyasının başqanı olmaq istəyirəm"

Müxalifət qəzetlərinin birində, konkret olaraq "Yeni Müsavat" qəzetində Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov barəsində əsasən ehtimallar üzərində qurulan məlumat dərc edilib. Guya S.Novruzov təhsil naziri olmaq istəyir. Qəzet bunu onunla əsaslandırıb ki, son zamanlar deputat ən çox təhsil nazirini tənqid edir.

SİA-nın müxbiri bununla bağlı YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzova müraciət edib. Millət vəkilinin münasibəti çox maraqlı olub. Bildirib ki, indiyə qədər ən çox tənqid etdiyi siyasi təşkilat Müsavat Partiyası olub: "Müsavat Partiyasının son mitinqi də göstərdi ki, bu partiya artıq mövcud deyil, 5-10 nəfəri meydana güclə toplaya bilir. Əslində bu partiyaya yeni lider, Rauf Arifoğlunun dediyi kimi, aslan lazımdır. Aslanlar da YAP-da kifayət qədərdir. Əgər bu məntiqlə çıxış edilsə, belə çıxır ki, mən Müsavat başqanlığına da iddialıyam? Belə olan təqdirdə "Yeni Müsavat qəzeti yazsın ki, Siyavuş Novruzov Müsavat Partiyasının başqanı olacaq".

sia.az

Digər xəbərlər