PDF Oxu

Siyasət

  • 5

Azərbaycanın tərəqqi yolu

Azərbaycanın tərəqqi yolu

YAP Yasamal rayon təşkilatının bələdiyyə seçkiləri ilə bağlı keçirdiyi görüşdə qeyd olundu ki, partiya tərəfindən bələdiyyə üzvlüyünə namizəd göstərilən gənclər etimadı doğruldacaq

Ölkə miqyasında böyük ruh yüksəkliyi ilə davam etdirilən bələdiyyə seçkilərinə hazırlıqda xüsusilə fərqlənən Yeni Azərbaycan Partiyasının fəalları təbliğat-təşviqat kampaniyasında real arqumentlərə və əməli işlərə əsaslanan maraqlı söhbətlər aparır, seçici rəyi dinlənilir, arzu, istək və təkliflər nəzərə alınır.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının seçicilərlə keçirdiyi görüşdə bələdiyyələrin əhəmiyyəti barədə ətraflı danışıldı.

YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov bildirdi ki, Azərbaycana böyük uğurlar qazandıran ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirməklə daha böyük nailiyyətlərin əldə olunması üçün hər zaman xalqın dəstəyinə arxalanacağını ilk gündən əsas prioritet kimi müəyyənləşdirən Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası xalqın partiyası olduğunu artıq sübut edib: - Azərbaycanın siyasi, iqtisadi, sosial həyatının bütün sahələrini əhatə edən əhəmiyyətli islahatlar paralel həyata keçirilir.

Arxada qalan illəri Azərbaycan iqtisadiyyatının dinamik inkişaf dövrü kimi dəyərləndirən ölkə əhalisinin bələdiyyələrə inamı da artıb. Keçirilən görüşlərdə çıxış edən seçicilər bu inamdadırlar ki, 23 dekabrda YAP namizədləri qalib gələcəklər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, BDU-nun rektoru Abel Məhərrəmov bildirdi ki, MDB dövlətləri arasında elə bir respublika yoxdur ki, orada Azərbaycanda olduğu qədər iqtisadi-sosial islahatlara önəm verilsin, əmək haqqı və pensiyaların baza hissəsi ildə bir neçə dəfə artırılsın, nəzərdə tutulduğundan da artıq iş yerləri açılsın, yoxsulluğun həddi Azərbaycanda olduğu qədər minimuma endirilsin. Bu islahatlarda çox böyük əməyi olan Yeni Azərbaycan Partiyası bələdiyyələrin fəaliyyətində də gördüyü işlərlə fərqlənir. Ərazilərdə aparılan abadlıq işlərində xidmətləri ilə seçilən bələdiyyələr humanitar aksiyalarda da fəallıqlarını artırır, ərazidə yaşayan aztəminatlı ailələrə yardımlar göstərirlər.

Ən müasir infrastrukturun tətbiqində də bələdiyyə üzvlərinin xidmətləri əhalini razı salır. Quruculuq işlərində bələdiyyələrdə təmsil olunan gənclərin fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Ötən seçkilərdə olduğu kimi 23 dekabrda keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərdə gənclərə üstünlük verilməsi müasir Azərbaycanın qarşısında dayanan vəzifələrdən biridir.

Gənc seçicilərin gənc namizədlərlə görüşündə çıxış edənlər bildirdilər ki, hər zamanın aparıcı siyasi qüvvəsi və mütəşəkkil təşkilatı olan Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcək, onları dəstəkləyəcəklər.

sia.az

Digər xəbərlər