PDF Oxu

Siyasət

  • 10

Politoloq həmsədrlərin fəaliyyətindəki məntiqsizlikdən danışdı

Politoloq həmsədrlərin fəaliyyətindəki məntiqsizlikdən danışdı

Elman Nəsirov: "Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində heç bir zaman düzgün məntiq olmayıb"

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa nə üçün Azərbaycan ərazisindən daxil olmamalarına münasibət bildirib.Politoloq SİA-ya açıqlamasında bunları deyib: "Dəfələrlə şahidi olmuşuq ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edərkən Qondarma Dağlıq Qarabağ Respublikası ərazisinə Ermənistan ərazisindən keçməklə səfər edirlər. Bu məsələni həmsədrlər texniki məsələlərlə əlaqələndirirlər. Yəni bu addımın heç bir siyasi məna daşımadığını irəli sürürlər. Ancaq, nəzərə alınmalıdır ki, istənilən addımlarda müəyyən siyasi yük hər zaman qorunub saxlanılır. Bunu ATƏT-in Minsk qrupu həmsədrlərinin davranışında dəfələrlə şahidi olmuşuq. Hesab edirəm ki, bu yanaşma özündə qeyri-obyektiv mövqeni əks etdirir".E.Nəsirov bildirir ki, əslində onların qondarma respublikaya keçidləri Azərbaycan ərazisindən reallaşdırılmalıdır: "Çünki, bu o məna kəsb edir ki, gedilən ərazi Azərbaycan torpaqlarıdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin nəticəsiz fəaliyyətində bu tendensiya geniş yayılıb. ATƏT-in Minsk qrupu həmsədrləri doğrudan da obyektiv, qərəzsiz, neytral mövqedə dayandıqlarını göstərmək istəyirlərsə, belə vəziyyətdə Dağlıq Qarabağa Azərbaycan ərazisindən yollanmalıdırlar".Politoloq qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin hər üçü tanıyıb: "Belə olan təqdirdə zəhmət çəkib qondarma respublikaya Azərbaycan ərazisindən daxil olsunlar. Hesab edirəm ki, bu düzgün məntiqdir. Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində heç bir zaman düzgün məntiq olmayıb".

sia.az

Digər xəbərlər