Bu gün Siyəzən şəhər bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib. Tədbiri YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq bələdiyyə seçkisinin əhəmiyyətindən danışıb.Daha sonra YAP Siyəzən Qadınlar Şurasının sədri Ramilə Seyidova, YAP rayon GB-nin sədri Rəşad Rəhmanov, YAP Siyəzən rayon təşkilatı aparat rəhbəri İxtiyar İsayev, Şura üzvü Qələmşah Babayev, bələdiyyə üzvlüyünə namizədlərdən Azər Babayev, Əsbə İmanova çıxış ediblər.Sonda YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ətraflı cıxış edərək seçiciləri bələdiyyə seçkilərində fəal olmağa çağırıb.Tədbirdə YAP Mərkəzi aparatının məsul işçisi Araz Xudadanov da çıxış edib.
sia.az