Fazil Rəhmətov: "Yeni Azərbaycan Partiyası bu seçkilərin də qalibi olacaq"
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası Xaçmaz rayonunda uğurla davam edir. Dünən seçki kampaniyası çərçivəsində rayonun Uzunoba və Əhmədoba kəndində növbəti görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının Seçki Qərargahının üzvü Fazil Rəhmətov bələdiyyələrin ərazilərin inkişafında göstərdikləri fəaliyyətindən danışıb: "Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərini də qələbə ilə başa vuracağı şübhəsizdir".
F.Rəhmətov, onu da bildirib ki, rayonun 45342 mindən çox seçicisi 55 saylı Xaçmaz şəhər Seçki Dairəsinin 39 məntəqəsində və 6 saylı Xaçmaz kənd seçki dairələrinin 44 məntəqəsində 38 bələdiyyə üzrə seçiləcək 360 nəfər yerə Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə uyğun olaraq hər bir yerə bir namizəd irəli sürülmüşdür. Seçki Qərargahının üzvü Xaçmaz seçicilərinin vahid seçiminin Yeni Azərbaycan Partiyası olduğunu bildirib. Əminliklə qeyd edib ki, partiyamızın namizədləri bu seçkilərdə də qələbə qazanacaqlar.
Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov çıxış edərək seçiciləri seçkidə fəal olmağa çağırıb. Görüşdə seçicilərdən Zeynal Şirinov, Telman Təravət və digərləri çıxış ediblər. Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini söyləyiblər.
R.HÜSEYNOVA