PDF Oxu

Siyasət

  • 7

Asim Mollazadə: “Ümumiyyətlə bu prosesdə heç bir inkişaf yoxdur” AÇIQLAMA

Asim Mollazadə: “Ümumiyyətlə bu prosesdə heç bir inkişaf yoxdur” AÇIQLAMA

"Çox güman ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Amerikadan olan digər keçmiş həmsədrlərlə görüşü onlardan məlumat əldə etmək məqsədi daşıyıb". Bunu SİA-ya millət vəkili Asim Mollazadə C. Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini keçmiş ABŞ həmsədrləri ilə müzakirə etməsinə münasibət bildirərkən deyib.Deputat ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşmasını müsbət addım kimi dəyərləndirib: "Sadəcə olaraq Ermənistan bu münaqişənin həllində prosesi tam dondurub və bunun inkişafına imkan vermir. Ümumiyyətlə bu prosesdə heç bir inkişaf yoxdur. İnkişaf olmadığı təqdirdə isə rəsmi İrəvanı sanksiyalar və təzyiqlərlə sülhə məcbur etmək olardı. Lakin bu istiqamətdə də heç bir addım yoxdur. Zənnimcə, münaqişənin həll edilməməsinin də əsas səbəbi təcavüzkara qarşı sanksiyalardan və təzyiqlərdən istifadə olunmamasıdır".

sia.az

Digər xəbərlər