PDF Oxu

Siyasət

  • 10

Səttar Mehbalıyev: "2014-cü ildə AHİK-nin maliyyə imkanları artıb" AÇIQLAMA

Səttar Mehbalıyev: "2014-cü ildə AHİK-nin maliyyə imkanları artıb" AÇIQLAMA

"Ümumiyyətlə, 2014-cü il Azərbaycan Həmkarlar İtiifaqları Konfederasiyası üçün yadda qalan ildir". Bunu SİA-ya açıqlaması zamanı Azərbaycan Həmkarlar İtiifaqları Konfederasiyasının II Məclisində iştirak edən AHİK-nın sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, 2014-cü ildə AHİK haqqında qanunda və qanunvericilik Məcəlləsində dəyişikliklər olub: "Bu il ərzində qanunvericilik bazasında hansı dəyişikliklər olubsa, bu həmişə işçilərin, həm də AHİK-nın hüququnun artmasına xidmət edib. Bundan başqa həmkarlar təşkilatının maliyyə imkanları artıb. Yəni, Azərbaycan və onun iqtisadiyyatı inkişaf etdikcə, AHİK-nin də maliyyə vəziyyəti yaxşılaşır. Çünki, AHİK-ə daxil olan vəsaitlər birbaşa Azərbaycanın iqtisadiyyatı ilə bağlıdır. Bir sözlə, iqtisadiyyatda inkişaf varsa, AHİK-ə daxil olan vəsaitin də həcmi artır".

sia.az

Digər xəbərlər