Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Zabrat seçiciləri ilə olub. Görüşdə YAP Sabunçu rayon təşkilatının aparat rəhbəri, Seçki Qərargahının üzvü Rəşad Abbasəliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan ətraflı bəhs edib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar və qazandığı nailiyyətlər partiyanın yüksək nüfuzu və səmərəli fəaliyyətini göstərir.
R.Abbasəliyev, həmçinin Azərbaycanın dinamik inkişafından, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, ölkədə həyata keçirilən sosial layihələrdən və digər məsələlərdən bəhs edərək seçiciləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə YAP Sabunçu rayon təşkilatının sədrinin müavinləri, Seçki Qərargahının üzvləri Məhərrəm Mehrəliyev və Bəxtiyar Qasımov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, əhalinin sosial rifah halının mütəmadi olaraq yaxşılaşdırılmasından, ölkəmizdə, eləcə də, rayonda görülən işlərdən danışaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət ediblər.
A.SƏMƏDOVA